Cümə axşamı, 14 May, 2026
Tarix: 14 May 2026 09:22
ABŞ-da kommersiya neft ehtiyatları 4 306 min barel azalıb və 452 876 min barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 000 min barel azalacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Emil İsmayılov EIA ABŞ neft ehtiyatları neftin qiyməti