Cümə axşamı, 14 May, 2026
Tarix: 14 May 2026 11:40
Azərbaycanda “Açıq bankçılıq” ekosisteminə Azərpoçt operatoru da daxil olmaqla 21 bank qoşulub.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.
Onun sözlərinə görə, “Açıq bankçılıq” sistemi iki əsas hissədən ibarətdir: məlumatı paylaşan tərəf və həmin məlumatlardan istifadə edən üçüncü tərəf təchizatçıları:
"Azərbaycanda 21 bank ödəniş hesabı xidməti təchizatçıları kimi sistemə məlumat paylaşan tərəf qismində inteqrasiya olunub. Bununla yanaşı, 8 bank üçüncü tərəf təchizatçı statusunda fəaliyyət göstərir. Bunlar Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Unibank, TuranBank, Bank Respublika, Bank of Baku, Azər-Türk Bank və PAŞA Bankdır. Bu banklar öz mobil tətbiqlərinə digər 21 bankın hesablarını inteqrasiya edərək müştərilərə müxtəlif banklardakı hesablarını vahid platformadan idarə etmək imkanı yaradır. Hazırda digər banklar tərəfindən də inteqrasiya işləri aparılır və yaxın müddətdə üçüncü tərəf təchizatçı bankların sayının artacağı gözlənilir".
O həmçinin qeyd edib ki, “Açıq bankçılıq” ekosisteminə fintech şirkətlərinin qoşulması prosesi də başlayıb: Hazırda iki elektron pul təşkilatı – GoldenPay-in “Puls” tətbiqi və M-Pay “Açıq bankçılıq” sisteminə qoşulub.
İlahə Səlimova bank pul təşkilatı