Cümə axşamı, 14 May, 2026
Tarix: 14 May 2026 12:23
Məşhur qlobal marka McDonald’s “Abşeron” Ticarət Mərkəzində fəaliyyətə başlayacaq. Yeni McDonald’s klassik restoran formatı ilə yanaşı, McDrive və McCafe konseptlərini də təqdim edəcək. Bu isə təkcə ticarət mərkəzində olanlara deyil, həm də ərazidən ötənlərə bu məkanda “ayaq saxlamağa” - avtomobildən düşmədən sürətli xidmət almağa və dincəlib yola davam etməyə imkan verəcək.
“McDonald’s Abşeron TM” Bakının ən böyük rayonu olan Qaradağda beynəlxalq fast-food markasının ilk restoranı olacaq. Yeni restoranın açılması ticarət mərkəzinin ziyarətçiləri və biznesinə buranı ünvan seçən sahibkarlar ilə yanaşı, sakinlər üçün də çoxdan arzulanan yenilikdir.
Yerləşdiyi ərazinin inkişafına töhfə vermək, əhalinin gündəlik xidmət, alış-veriş və istirahət ehtiyaclarını qarşılamaq məqsədilə “Abşeron” Ticarət Mərkəzi sahibkarlara, tanınmış markalara sərfəli imkanlar təklif edir. “Abşeron” Ticarət Mərkəzi sahibkarlığın inkişafına fürsət və müasir şəhərsalmada dünyada mövcud trendlərin ifadəsidir.
300 hektara yaxın ərazidə yerləşən Mərkəz hazırda 1500-dən çox mağazanı özündə birləşdirir. Mərkəzdə fəaliyyət göstərən bütün obyektlər yanğından mühafizə sistemi, 24/7 canlı mühafizə xidməti, obyektlərin sığortalanması, geniş və pulsuz parkinq zonası, həmçinin yükləmə-boşaltma və nəqliyyat-logistika imkanları ilə təmin olunub.
Abşeron TM yalnız alış-veriş məkanı deyil, həm də artan müştəri axınına, geniş auditoriyaya və inkişaf edən kommersiya mühitinə çıxış imkanı verən nəhəng platformadır.
APA-Economics Abşeron Ticarət Mərkəzi McDonald’s
