Azərbaycanda bank sektoru ötən il yaşıl və dayanıqlı layihələrə 371 mln. manat ayırıb

Tarix: 14 May 2026 13:34

Ötən il Azərbaycanda bank sektoru tərəfindən yaşıl və dayanıqlılıqla əlaqəli layihələrə ümumilikdə 371 milyon manat maliyyə ayrılıb.

“APA-Economics” xəbər verir ki, bu bardədə Mərkəzi Bankın “Dayanıqlı Maliyyə Hesabatı”nda qeyd olunub.

Hesabatda qeyd olunub ki, COP29 çərçivəsində Azərbaycanın bank sektoru 2030-cu ilə qədər dayanıqlı və yaşıl layihələrə 2 milyard manat ayırmağı planlaşdırır. Bunun nəticəsi olaraq, 2025-ci ildə artıq yaşıl və dayanıqlılıqla əlaqəli layihələrə müvafiq olaraq, 344 milyon və 27 milyon manat vəsait ayrılıb.

Verilmiş kreditlərin böyük hissəsi yaşıl nəqliyyat və dayanıqlı kənd təsərrüfatı sahələrinin payına düşüb. Bununla yanaşı, enerji səmərəliliyi və su resurslarının dayanıqlı idarə olunması istiqamətlərində də maliyyələşmə həyata keçirilib.

İlahə Səlimova yaşıl layihə banklar Dayanıqlı Maliyyə Hesabatı

Xəbər Lenti