Dövlət Departamenti: Ukraynada sülhün əsas təminatçısı Ukrayna ordusu olmalıdır

Tarix: 15 May 2026 02:43

ABŞ hesab edir ki, Ukraynada sülhün əsas təminatçısı xarici qüvvələr deyil, ilk növbədə Ukrayna Silahlı Qüvvələri olmalıdır.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Kristofer Smit Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

Smit əlavə edib ki, ABŞ müttəfiqləri və Ukrayna ilə “istəklilər koalisiyası” çərçivəsində müəyyən dəstək mexanizmləri barədə danışıqlar aparır.

ABŞ Ukrayna müharibə Kristofer Smit

Xəbər Lenti