Cümə, 15 May, 2026
Tarix: 15 May 2026 11:09
Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi olub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əsir mübadiləsi “205-in 205-ə” formatında həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyi əsirlikdən qayıdan rusiyalı hərbçilərin Belarusda olduğunu açıqlayıb.
Nazirlik Ukrayna ilə əsir mübadiləsinin BƏƏ-nin vasitəçiliyi ilə baş tutduğunu bildirib.
Fərid Əkbərov əsir mübadiləsi Rusiya Müdafiə Nazirliyi