Cümə, 15 May, 2026
Tarix: 15 May 2026 12:37
Ermənistanla münasibətlər yaxın və müttəfiqlik xarakteri daşısa da, müəyyən çətinliklər mövcuddur.
“Sputnik” xəbər verir ki, bu fikri Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistanı öz təsir dairəsinə cəlb etməyə çalışır ki, bu da regiondakı proseslərə təsir göstərir.
“Belə halda İrəvan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində bütün imtiyazlarını itirmək riski ilə üzləşir. Təşkilatın may ayında keçiriləcək sammitində yığılıb qalan bütün məsələləri müzakirə etmək imkanı olacaq”, - o qeyd edib.
İlqar Xudiyev Lavrov Rusiya Ermənistan Aİ Aİİ