Əraqçi: Tehran Vaşinqtona etibar edə bilməz

Tarix: 15 May 2026 14:46

Tehran Vaşinqtona etibar edə bilməz və istənilən razılaşmadan əvvəl bütün məsələlər dəqiq şəkildə müəyyənləşdirilməlidir.

APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi brifinqdə jurnalistlərə bildirib.

O, həmçinin bəzi qüvvələrin ABŞ-ı yenidən müharibəyə cəlb etməyə çalışdığını qeyd edib və diplomatik həllin vacibliyini vurğulayıb.

“Biz ABŞ-a qətiyyən etibar edə bilmərik. Buna görə də hər şey istənilən razılaşmadan əvvəl dəqiq şəkildə müəyyən edilməli və aydınlaşdırılmalıdır”, — Əraqçi vurğulayıb.

O əlavə edib ki, hazırda bölgədə gərginliyi artırmaq istəyən tərəflər var: “Bəzi qüvvələr Vaşinqtonu yenidən müharibəyə sürükləmək istəyir və ümid edirəm ki, müdriklik üstün gələcək və biz diplomatiya yolu ilə həllə doğru gedəcəyik”.

İlqar Xudiyev Əraqçi ABŞ İran

Xəbər Lenti