Cümə, 15 May, 2026
Tarix: 15 May 2026 14:14
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənub sahillərində yerləşən Tir bölgəsində “Hizbullah”a məxsus infrastruktur obyektlərinə genişmiqyaslı hava zərbələri endirib.
APA xəbər verir ki, bu barədə IDF məlumat yayıb.
Daha əvvəl İsrail ordusu Tir şəhəri ətrafında yerləşən bir neçə kəndin sakinlərinə evakuasiya xəbərdarlığı edib. Bu xəbərdarlıqdan sonra hava hücumlarının başladığı bildirilib.
İlqar Xudiyev IDF İsrail Livan Hizbullah hava zərbələri