Əraqçi: İran və ABŞ-ın zənginləşdirilmiş uran məsələsində danışıqları faktiki dalana dirənib

Tarix: 15 May 2026 15:31

Tehran və Vaşinqton arasında zənginləşdirilmiş uran məsələsi üzrə danışıqlar faktiki olaraq dalana dirənib və bu mövzunun müzakirəsi daha sonrakı mərhələyə təxirə salınıb.

APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlər üçün brifinqdə deyib.

“Bizim zənginləşdirilmiş uran məsələmiz çox mürəkkəb mövzudur. Hazırda amerikalılarla belə nəticəyə gəldik ki, bu məsələ son dərəcə çətin olduğuna və faktiki olaraq çıxılmaz vəziyyətə gəlib çatdığına görə, onu danışıqların daha sonrakı mərhələlərinə saxlamaq lazımdır”, — İran XİN başçısı bildirib.

Onun sözlərinə görə, tərəflər hazırda digər istiqamətlər üzrə danışıqları davam etdirməyə çalışırlar.

İlqar Xudiyev İran-ABŞ danışıqları zənginləşdirilmiş uran Əraqçi

Xəbər Lenti