Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz

Tarix: 15 May 2026 15:20

Çin lideri Si Cinpinlə aparılan danışıqlarda Tehranın nüvə silahına sahib olmamalı olduğu barədə razılıq əldə olunub.

“Reuters” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Mənim İranla bağlı səbrim tükənir. Si Cinpinlə razılaşdıq ki, İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz və Hörmüz boğazı açılmalıdır”, — Tramp qeyd edib.

İlqar Xudiyev Tramp Si Cinpin nüvə silahı Hörmüz boğazı

Xəbər Lenti