, 25 Yanvar, 2026
Tarix: 31 Mar 2024 21:02
Türkiyədə bu gün keçirilən Bələdiyyə seçkiləri çərçivəsində Böyük Şəhər bələdiyyələri üzrə ilkin nəticələr açıqlanıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, umumi seçki qutularının 17,45 faizi açılıb.
Nəticələrə əsasən, İstanbulda Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Ekrem İmamoğlu 49,60% səslə ilk sıradadır.
Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum isə açılan seçki qutularına əsasən hələlik seçicilərin 41,61%-nin səsini qazana bilib.
Ankarada da Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Mansur Yavaş 56,34% səslə rəqibini qabaqlayır.
Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Turqut Altınok isə səslərin 36,35% toplaya bilib.
CHP İzmir şəhərində də ilk sıradadır - Cemil Tuqay 47,92% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37,12% ilə ikinci sıradadır.
Konyada isə AK Parti 47,39% səslə liderdir, CHP burada 16,70% səs toplaya bilib.
Qaziantepdə AK Parti 37,29%, CHP isə 30,45% nəticə əldə edib.
Kocaelidə AK Parti 45,66%, CHP isə 30,41 faiz səs toplamağı bacarıb.
*** 20:35
Türkiyədə bu gün keçirilən Bələdiyyə seçkiləri çərçivəsində Böyük Şəhər bələdiyyələri üzrə ilkin nəticələr açıqlanıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, umumi seçki qutularının 12,77 faizi açılıb.
Nəticələrə əsasən, İstanbulda Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Ekrem İmamoğlu 49,41% səslə ilk sıradadır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum isə açılan seçki qutularına əsasən hələlik seçicilərin 42,03%-nin səsini qazana bilib.
Ankarada da Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Mansur Yavaş 55,25% səslə rəqibini qabaqlayır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Turqut Altınok isə səslərin 37,08% toplaya bilib.
CHP İzmir şəhərində də ilk sıradadır - Cemil Tuqay 47,50% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37,56% ilə ikinci sıradadır.