İsrail HAMAS-ın hərbi qanadının rəhbərini öldürmək məqsədilə Qəzzaya hücum edib

Tarix: 15 May 2026 21:53

İsrail ordusu HAMAS hərəkatının hərbi qanadının rəhbəri İzzəddin əl-Həddadı öldürmək məqsədi ilə Qəzzada əməliyyat keçirib.

APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz məlumat verib.

Nazirliyin açıqlamasında əl-Həddadın 7 oktyabr 2023-cü ildə İsrailə qarşı hücumun təşkilatçılarından biri olduğu bildirilib.

"O, ABŞ prezidenti Donald Trampın iştirakı ilə HAMAS-ın tərksilah edilməsi və Qəzza zolağının demilitarizasiyası ilə bağlı əldə edilən razılaşmanı həyata keçirməkdən imtina edib", - Katz deyib.

İsrael Katz israil HAMAS Qəzza

Xəbər Lenti