Şənbə, 16 May, 2026
Tarix: 15 May 2026 23:24
Livan və İsrail arasında 16 apreldə elan edilən atəşkəs rejimi 45 gün müddətinə uzadılıb.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot öz “X” hesabında məlumat verib.
"ABŞ 14-15 may tarixlərində İsrail və Livan arasında iki günlük yüksək məhsuldar danışıqlara ev sahibliyi edib. Davamlı irəliləyişi təmin etmək üçün 16 apreldə elan edilən hərbi əməliyyatların dayandırılması 45 gün müddətinə uzadılacaq. Bundan əlavə, 29 mayda Pentaqonda hər iki ölkənin hərbi nümayəndə heyətlərinin iştirakı ilə təhlükəsizlik mərhələsi başlayacaq", - o yazıb.
Livan İsrail ABŞ