Şənbə, 16 May, 2026
Tarix: 16 May 2026 00:46
İsrail ordusu Livan sərhədinə yaxın sahil ərazisini qapalı hərbi zona elan edərək ərazini müdafiə etməyə hazır olduğunu açıqlayıb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Vəziyyətin qiymətləndirilməsindən sonra dünən saat 21:20-də Roş Hanikra ərazisində və Açziv sahilində qapalı hərbi zona elan edildi. İMQ bu zonaya girişin qəti qadağan olduğunu vurğulayır. İMQ bu ərazini müdafiə etməyə hazırdır", - İMQ mətbuat xidməti bildirib.
İsrail Livan