Tramp Afrikada yüksək rütbəli İŞİD komandirinin öldürüldüyünü açıqlayıb

Tarix: 16 May 2026 08:20

Dünən gecə ABŞ və Nigeriya qüvvələri Afrikada İŞİD-in ikinci ən yüksək rütbəli komandiri Əbu Bilal əl-Minuqini zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz “Truth” hesabında məlumat verib.

"Bu gecə, mənim göstərişimlə, cəsur Amerika və Nigeriya hərbçiləri dünyanın ən aktiv terrorçusunu məhv etmək üçün diqqətlə planlaşdırılmış və olduqca mürəkkəb bir missiyanı qüsursuz şəkildə yerinə yetirdilər. Dünyada ikinci ən yüksək rütbəli İŞİD komandiri Əbu Bilal əl-Minuqi Afrikada gizlənə biləcəyini düşünürdü. Amma onun fəaliyyətləri barədə bizi məlumatlandıran mənbələrimizin olduğunu bilmirdi", - Tramp yazıb.

Afrika Nigeriya Tramp İŞİD

Xəbər Lenti