KİV: Starmer könüllü olaraq istefa verə bilər

Tarix: 16 May 2026 07:06

Böyük Britaniyanın Baş naziri Kir Starmer səlahiyyətlərini Mançester meri Endi Börnemə təhvil verərək könüllü olaraq vəzifəsindən istefa verə bilər.

APA-nın məlumatına görə, bu barədə yerli “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Börnem 14 mayda Şimali İngiltərədəki Makerfild seçki dairəsi üzrə İcmalar Palatasının (aşağı palata) əlavə seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

15 mayda hakim Leyborist Partiyasının milli icra komitəsi onun namizədliyini təsdiqləyib. Əlavə seçkilər ilkin olaraq 18 iyun tarixinə təyin edilib.

Bu, Börnemin parlamentə daxil olması üçün yol açmaq məqsədilə istefa verən Makerfildi təmsil edən hazırkı Leyborist millət vəkili Coş Saymonun könüllü istefasından sonra keçiri olacaq.

Bu seçkilərdə qələbə Börnemə Böyük Britaniyanın Baş naziri vəzifəsinə iddia etməyə imkan verəcək.

Qeyd edək ki, Britaniyadakı bütün əsas kabinet nazirlərinin Parlament üzvü olması tələb olunur.

Starmer Britaniya istefa

Xəbər Lenti