Cümə axşamı, 21 May, 2026
Tarix: 21 May 2026 18:07
Nazirlər Kabineti “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nda dəyişiklik edib.
APA-nın xəbərinə görə, qərara əsasən, bu sıraya qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, kəşfiyyatı, işlənilməsi və idarə olunması məqsədilə yer təki sahələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən birbaşa olaraq paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsinə verilməsi daxil edilib.
Firuzə Vahid Yerin təki yataq
Mənbə: apa.az