Azərbaycanda "Bakı Enerji Həftəsi" keçiriləcək

Azərbaycanda "Bakı Enerji Həftəsi" keçiriləcək

Tarix: 25 May 2026 10:58

2026-cı ilin 1–3 iyun tarixlərində Bakıda “Baku Energy Week” (Bakı Enerji Həftəsi) keçiriləcək.

"APA-Economics" xəbər verir ki, tədbir çərçivəsində enerji sektoru üzrə beynəlxalq şirkətlərin, dövlət qurumlarının, investorların və sənaye nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Bakı Enerji Həftəsi üç tədbiri bir araya gətirəcək: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə Bakı Konqres Mərkəzində təşkil olunacaq.

Builki tədbirdə dünyanın 44 ölkəsindən 274 şirkət iştirakını təsdiqləyib. İştirakçı ölkələr sırasında Azərbaycanla yanaşı Almaniya, ABŞ, Böyük Britaniya, Çin, Fransa, İtaliya, Türkiyə, Qazaxıstan, Səudiyyə Ərəbistanı və digər ölkələr yer alır. Almaniya və Rusiya milli pavilyonla təmsil olunacaq.

Məlumata əsasən, iştirakçı şirkətlərin 35%-ni yeni şirkətlər təşkil edir. Sərgidə iştirak edən şirkətlərin təxminən 60%-i xarici, 40%-i isə yerli müəssisələrdir. Sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40%-ni əhatə edir və onların bir qismi sponsor qismində iştirak edir.

Tədbir günlərində – 1, 2 və 3 iyun tarixlərində “Koroğlu” metrostansiyasından Bakı Ekspo Mərkəzinə, eləcə də Bakı Ekspo Mərkəzindən “Park Bulvar Mall” istiqamətinə xüsusi avtobuslarla ödənişsiz nəqliyyat xidməti təşkil olunacaq.

APA-Economics Bakı Enerji Həftəsi Baku Energy Week 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi
Azərbaycanda "Bakı Enerji Həftəsi" keçiriləcək
Azərbaycanda "Bakı Enerji Həftəsi" keçiriləcək

Mənbə: apa.az

Xəbər Lenti