PAŞA Bank: Son iki ayda Mərkəzi Bankın valyuta hərraclarında iştirak etməmişik

PAŞA Bank: Son iki ayda Mərkəzi Bankın valyuta hərraclarında iştirak etməmişik

Tarix: 25 May 2026 12:08

Son iki ayda Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta hərraclarında iştirak etməmişik.

"APA-Economics" xəbər verir ki, bunu PAŞA Bankın 2025-ci ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bankın Baş Maliyyə İnzibatçısı Murad Süleymanov deyib.

Onun sözlərinə görə, PAŞA Bank son iki ay ərzində Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında iştirak etməyib.

M.Süleymanov bildirib ki, hazırda bazarda valyuta təklifi tələbi üstələyir və bankın hərraclar vasitəsilə əlavə valyuta alışına ehtiyacı yaranmayıb.

PAŞA Bankın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Cavid Quliyev isə qeyd edib ki, valyuta bazarında müşahidə olunan vəziyyət əsasən mövsümi xarakter daşıyır.

Onun sözlərinə görə, ilin ikinci yarısında həm neft, həm də qeyri-neft sektorunda investisiya və cari xərclərin artması fonunda valyutaya tələbatın yüksəlməsi gözlənilir.

Bank rəhbəri əlavə edib ki, mövcud şəraitdə valyuta bazarında hər hansı qeyri-adi vəziyyət müşahidə olunmur və tələb-təklif balansı bazar mexanizmləri vasitəsilə təmin edilir.

Rahim Tarıverdiyev PAŞA Bank valyuta hərracları Mərkəzi Bank Cavid Quliyev

Mənbə: apa.az

Xəbər Lenti