Bazar ertəsi, 25 May, 2026
Tarix: 25 May 2026 17:45
Azərbaycanda bitkiçilik sahəsində zərərli orqanizmlərin aşkarlanması sistemi tətbiq ediləcək.
"APA-Economics" xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Sənədə əsasən, 2026-2030-cu illərdə ölkədə bitkiçilik sahəsində zərərli orqanizmlərin aşkarlanması üçün beynəlxalq təcrübə nəzərə alınmaqla ilkin müşahidə və xəbərdarlıq sistemlərinin təhlil edilməsi və təkliflər hazırlanması, müşahidə və xəbərdarlıq sisteminin qurulması nəzərdə tutulur.
Eyni zamanda beynəlxalq təcrübə nəzərə alınmaqla qurulmuş xəbərdarlıq və monitorinq sisteminin məlumatları əsasında zərərvericilər və xəstəliklər barədə vaxtında proqnozların verilməsi planlaşdırılır.
Əşrəf Mehdiyev bitkiçilik zərərli orqanizm sistemMənbə: apa.az