Çərşənbə axşamı, 26 May, 2026
Tarix: 26 May 2026 19:14
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il mayın 17-də keçirilən buraxılış imtahan iştirakçıları arasında 1 nəfər 290.1 bal toplamaqla ən yüksək nəticəni göstərib.
APA xəbər verir ki, bu barədə DİM-in məlumatında deyilir.
Bildirilib ki, Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin cari il məzunu Əlizadə Gülay Elsəvər qızı 290.1 baı toplayıb.
Qeyd edilib ki, bu imtahanlarda 5724 nəfər iştirak edib. Tələb olunan qaydaları pozduğu üçün 2 nəfər imtahandan xaric edilib.
Selcan Zaurqızı Dövlət İmtahan Mərkəzi DİM buraxılış imtahan
Mənbə: apa.az