Cümə, 29 May, 2026
Tarix: 29 May 2026 15:56
Rusiyanın Rumıniyanın Konstanta şəhərindəki konsulluğu bağlanacaq.
Rumıniya mediasının xəbərinə görə, bunu ölkə prezidenti Nikusor Dan deyib.
O, rusiyalı konsulun “arzuolunmaz şəxs” elan edildiyini bildirib.
Dan Rusiyanın Rumıniya ərazisinə dron hücumunu şərh edərkən bildirib ki, insidentlə bağlı bütün məsuliyyət Rusiyanın üzərinə düşür. Onun sözlərinə görə, hücumda istifadə olunan Rusiyanın “Geran-2” tipli dronu olub.
“Biz trayektoriyanı da, onun Ukraynada haradan keçdiyini də, Rumıniyaya haradan daxil olduğunu da bilirik. Bu dron Rusiyanın 43 drondan ibarət hücum dəstəsinin bir hissəsi idi və onlardan sadəcə biri Rumıniya ərazisinə çatıb”, - prezident bildirib.
Qeyd edək ki, Rumıniyanın şərqində yerləşən Qalaç şəhərində Rusiyaya məxsus pilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasına çırpılıb. Hadisə nəticəsində xəsarət alanlar var.
Toğrul Quluzadə Rumıniya prezidenti Nikusor Dan Rusiya konsulluğu dron hücumuMənbə: apa.az