İran XİN sözçüsü: Diqqətimiz müharibənin başa çatmasına yönəlib

İran XİN sözçüsü: Diqqətimiz müharibənin başa çatmasına yönəlib

Tarix: 29 May 2026 21:48

“Bu mərhələdə diqqətimiz müharibənin başa çatmasına yönəlib, zənginləşdirmə və zənginləşdirilmiş uranla bağlı detalları müzakirə etmirik”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Biz 47 il əvvəl göstəriş tərzi ilə vidalaşmışıq. İran barədə danışan heç bir Qərb tərəfi bu ifadədən istifadə etməməlidir. Biz qərarlarımızı İran xalqının maraqları əsasında veririk”, - XİN sözçüsü deyib

O vurğulayıb ki, ABŞ rəsmilərinin İranla bağlı istifadə etdikləri “olmalıdır” və “olmamalıdır” ifadələri əslində “xahiş edirik” kimi başa düşülməlidir.

İran XİN sözçüsü onu da əlavə edib ki, tərəflər arasında mesaj mübadiləsi davam edir, lakin hələlik yekun razılaşma əldə olunmayıb.

Bəqainin sözlərinə görə, hazırkı mərhələdə əsas diqqət müharibənin başa çatmasına yönəlib və nüvə məsələsi prioritet deyil.

O bir daha vurğulayıb ki, bu mərhələdə İran zənginləşdirmə və zənginləşdirilmiş uranla bağlı məsələlərin detalları üzrə danışıqlar aparmır.

Haşim Rahimi İran ABŞ İsmayıl Bəqai

Mənbə: apa.az

Xəbər Lenti