Şənbə, 30 May, 2026
Tarix: 30 May 2026 18:47
Hindistanın müxtəlif ştatlarında müşahidə olunan güclü yağış və fırtına nəticəsində azı 28 nəfər ölüb.
Bu barədə “Hindustan Times” məlumat yayıb.
Məlumata görə, ən çox ölüm halı Uttar-Pradeş ştatında qeydə alınıb. Burada ildırım vurması nəticəsində 2 nəfər, ağacın evin üzərinə aşması nəticəsində 3 nəfər, tikilməkdə olan körpünün çökməsi nəticəsində isə 6 nəfər ölüb.
Qüvvətli fırtına səbəbindən çoxlu sayda heyvan tələf olub, bəzi binalara ziyan dəyib.
Qərbi Benqal və Bihar ştatlarında güclü külək və ildırım vurması nəticəsində hər birində 7 nəfər olmaqla ümumilikdə 14 nəfər ölüb.
Madhya-Pradeş ştatında isə şiddətli yağışlar nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.
Meteoroloqlar Hindistanın şimal bölgələrinin bir hissəsində əlverişsiz hava şəraitinin davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.
Mənbə: apa.az