Azərbaycanla Anqola arasında viza ilə bağlı saziş təsdiqlənib

Tarix: 15 Dec 2025 14:15

Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiqlənib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə qanunu imzalayıb.

Qeyd edək ki, saziş 2025-ci il sentyabrın 25-də Nyu-Yorkda imzalanıb.

Azərbaycan Anqola diplomatik pasport viza

Xəbər Lenti