ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini sıradan çıxarıb

ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini sıradan çıxarıb

Tarix: 30 May 2026 20:59

ABŞ Silahlı Qüvvələri İran limanına doğru hərəkət edən növbəti kommersiya gəmisini sıradan çıxarıb.

Bu barədə "Associated Press" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Qambiya bayrağı altında üzən “Lian Star” quru yük gəmisi ABŞ hərbçilərinin bir neçə xəbərdarlığını nəzərə almayıb. Bundan sonra ABŞ ordusu gəmini hərəkətsiz vəziyyətə salmaq üçün aviasiyadan istifadə edib.

Qeyd olunur ki, ABŞ hərbçiləri gəminin göyərtəsinə çıxmayıblar. Hazırda gəmi Oman körfəzində nəzarətsiz şəkildə sürüklənir.

ABŞ İran OmanKörfəzi

Mənbə: apa.az

Xəbər Lenti