Zelenski Ukraynanın vacib danışıqlara hazırlaşdığını bəyan edib

Zelenski Ukraynanın vacib danışıqlara hazırlaşdığını bəyan edib

Tarix: 30 May 2026 23:51

Ukrayna Prezidenti Volodimir Zelenski mühüm danışıqlara hazırlıq aparıldığını bəyan edib.

APA xəbər verir ki, Zelenski bu barədə “Telegram” hesabında paylaşım edib.

Onun sözlərinə görə, keçirilən xüsusi müşavirədə qarşıdakı vacib danışıqlara hazırlıq məsələləri müzakirə olunub. Prezident danışıqların məzmunu barədə ətraflı məlumat verməyib.

Müşavirədə Prezident Ofisinin rəhbəri Andrey Yermak, müdafiə və təhlükəsizlik sahəsinin yüksək vəzifəli rəsmiləri də iştirak ediblər.

Ukrayna Zelenski danışıqlar

Mənbə: apa.az

Xəbər Lenti