Pentaqon ABŞ qoşunlarının Avropadan qismən çıxarılması planını NATO-ya təqdim edəcək

Pentaqon ABŞ qoşunlarının Avropadan qismən çıxarılması planını NATO-ya təqdim edəcək

Tarix: 31 May 2026 14:35

Pentaqon iyun ayında NATO-nun Brüsseldəki qərargahında ABŞ qüvvələrinin Avropadakı müdafiə sistemindən qismən çıxarılması ilə bağlı konkret planları təqdim etməyi planlaşdırır.

Bu barədə Almaniyanın “Welt am Sonntag” qəzeti ABŞ Müdafiə Nazirliyindəki yüksəkvəzifəli mənbəyə istinadən yazıb.

“Bu dəyişikliklər NATO-nun növbəti qüvvələrin formalaşdırılması konfransında qoşunlar və hərbi imkanlarla bağlı təklifimizə daxil ediləcək”, - deyə Pentaqon nümayəndəsi bildirib. Növbəti belə konfransın iyunda keçiriləcəyi qeyd olunur.

NATO Pentaqon Donald Tramp ABŞ Avropa Brüssel Almaniya Welt am Sonntag Der Spiegel ABŞ qoşunları NATO qüvvələri müdafiə siyasəti Polşa Almaniya hərbi strategiya

Mənbə: apa.az

Xəbər Lenti