Bazar, 31 May, 2026
Tarix: 31 May 2026 15:24
Livanın cənubunda İsrail ordusunun hərbi əməliyyatları genişlənib.
Qatar News Agency-nin məlumatına görə, İsrail ordusu hava zərbələri endirib, eyni zamanda bir sıra kənd və qəsəbələrə quru əməliyyatlarını artırıb. Əməliyyatlar fonunda strateji əhəmiyyət daşıyan Bofor qalasının (Qalat əl-Şaqif) nəzarətə götürüldüyü bildirilir.
Livanın Milli Xəbər Agentliyi isə xəbər yayıb ki, İsrail hərbi təyyarələri səhər saatlarında Deyr əz-Zəhrani yaşayış məntəqəsində, bələdiyyə binası yaxınlığındakı Əl-Ərəb məhəlləsinə hava zərbələri endirib. Hücum nəticəsində ölən və yaralananın olduğu bildirilir.
İsrail Livan Nəbatiyyə Bofor qalası Deyr əz-Zəhrani hava hücumu İsrail ordusu Livanın cənubu Litani çayı Zəhrani çayı Yaxın Şərq hərbi əməliyyat münaqişə Colan təpələri Qaliley
Mənbə: apa.az