Bazar, 31 May, 2026
Tarix: 31 May 2026 16:30
İsrailin Baş naziri Benjamin Netanyahu Livanın cənubundakı strateji Bofor qalasının ələ keçirilməsini yüksək qiymətləndirərək, bunu İsrailin Hizbullaha qarşı siyasətində mühüm dönüş adlandırıb.
The Times of Israel-in məlumatına görə, Netanyahu bildirib ki, İsrail qüvvələri bölgəyə “əvvəlkindən daha güclü” qayıdıb.
Baş nazirin sözlərinə görə, İsrail ordusunun Livanın cənubunda irəliləməsi və strateji yüksəklikləri nəzarətə götürməsi ölkənin təhlükəsizliyi baxımından vacib addımdır. O, Bofor qalasının ələ keçirilməsini Hizbullaha qarşı hərbi əməliyyatlarda “kəskin dəyişiklik” kimi qiymətləndirib.
Qeyd edək ki, Bofor qalası Livanın cənubuna və İsrailin şimal hissəsinə nəzarət imkanı verən yüksəklikdə yerləşir.
Benjamin Netanyahu İsrail Livan Hizbullah Bofor qalası Nəbatiyyə İsrail ordusu Qolani briqadası Yaxın Şərq hərbi əməliyyat Livanın cənubu Netanyahu sərhəd gərginliyi
Mənbə: apa.az