Türkiyəli nazir: Dünyada istilik 2 faizə yüksəlsə, qida böhranı yaşana bilər

Tarix: 15 Nov 2023 10:46

Son illər dünyada iqlim dəyişikliklərinin fəsadını görürük.

APA xəbər verir ki, bu barədə Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişmələri naziri Mehmet Özhaseki Türk Dünyası II Meteorologiya Forumunda çıxışı zamanı deyib.

“Elmi araşdırmalara görə, dünyada istilik 1,1 faiz artıb. Əgər bu 2 faizə yüksəlsə, qida böhranı yaşana, 3 faizə yüksələrsə, dünya yaşanmaz hala gələr.

İqlim dəyişikliyinin ən böyük səbəbi isə sənayeləşmə, şəhərlərin böyüməsidir. Dünyanı ən çox kirlədən ölkələr sırasında Hindistan, ABŞ kimi ölkələr var”, - nazir əlavə edib.

Xəbər Lenti