Bazar ertəsi, 1 İyun, 2026
Tarix: 01 Jun 2026 10:39
Elm və təhsil naziri Emin Əmrullayev 12 iyun tarixində Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qəbulda Gəncə, Samux, və Kəlbəcər sakinləri iştirak edə bilərlər. Bildirilib ki, adları çəkilən şəhər və rayonların sakinləri 8 iyun (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Qeyd edək ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Gülcahan İmanqızı Elm və Təhsil Nazirliyi Emin Əmrullayev vətəndaş qəbuluMənbə: apa.az