Cümə axşamı, 14 May, 2026
Tarix: 01 Dec 2023 18:35
3 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank Respublika” ASC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
5 dekabr 2023-cü il tarixində “Bank Respublika” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Qiymətli kağızların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
Səhmlərin növü və forması
Səhmlərin sayı
Nominal Dəyəri
Yerləşdirmə forması
Yerləşdirmə tarixi
Anderrayter
AZ1002002884
Adi adlı sənədsiz səhm
204 082 (ədəd)
2,45 manat
Abunə yazılışı
05.12.2023
“ Paşa Kapital İnvestisiya Şirkəti” QSC