I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır

I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır

Tarix: 03 Jun 2026 14:26

Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır.

Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 5 iyun 2026-cı il saat 11:00-dan uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Qeyd edilən tarixdən sonra Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Xatırladaq ki, üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.

Gülcahan İmanqızı Birinci sinif elektron müraciət müddət müsabiqə qeydiyyat

Mənbə: apa.az

Xəbər Lenti