- Şənbə, 28 Dekabr, 2024
Tarix: 06.04.2024 13:10
Azərbaycan Ordusunda təlim atış çalışmaları yerinə yetirilən zaman təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində həlak olan hərbçi Xələfov Saleh Kamal oğlunun cənazəsi anadan olduğu Quba rayonuna gətirilib.
APA-nın şimal bürosu xəbər verir ki, hərbçi ilə Quba rayonunun Əlik kəndində, yaşadığı evdə vida mərasimi keçirilib. Hərbçi Quba şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlu təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.