Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - YENİLƏNİB

Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - YENİLƏNİB

Tarix: 05 Jun 2026 17:20

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb.

APA-nın əldə etdiyi məlumata görə, akademikin fevral ayında yazdığı ərizə bu gün təsdiqlənib.

Eyni zamanda, bu gün direktor müavini təyin olunan Elçin Vəliyev Geologiya İnstitutunun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı APA-ya təsdiqləyib.

***

12:28

Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub.

APA xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.

Qeyd edək ki, o, 2010-cu ildən etibarən SOCAR-ın Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda müxtəlif vəzifələrdə fəaliyyət göstərib, son təyinatadək Analitik Tədqiqatlar Laboratoriyasının müdiri olub.

Geologiya İnstitutu Elçin Vəliyev
Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti