Qalibaf: ABŞ və İsrailin bazaları İran üçün qanuni hədəfə çevrilir

Qalibaf: ABŞ və İsrailin bazaları İran üçün qanuni hədəfə çevrilir

Tarix: 07 Jun 2026 20:59

İranın dəniz blokadasının davam etməsi və İsrailin Livana yeni hücumları regiondakı ABŞ və İsrail bazalarına cavab zərbələri endirmək üçün İran Silahlı Qüvvələrinin əl-qolunu açır. APA xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bager Qalibaf "X" hesabında yazıb Onun sözlərinə görə, İranın dəniz blokadası və ABŞ-ın bu gün İsrailə Livana zərbələr endirmək üçün yaşıl işıq yandırması regiondakı Amerika və İsrail bazaları və aktivlərini qanuni hədəfə çevirir.

O vurğulayıb ki, ABŞ və İsrail öz hərəkətləri ilə gücdən başqa heç bir dili başa düşmədiklərini nümayiş etdiriblər.

İran ABŞ İsrail Livan Qalibaf Yaxın Şərq

Mənbə: apa.az

Xəbər Lenti