Bazar ertəsi, 8 İyun, 2026
Tarix: 07 Jun 2026 23:40
İsrail Müdafiə Qüvvələri İran ərazisindən buraxılan raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyini açıqlayıb. APA xəbər verir ki, ordunun məlumatına görə, raketlərin zərərsizləşdirilməsi üçün hava hücumundan müdafiə qüvvələri əməliyyata cəlb olunub. Məsələ ilə bağlı İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir isə "X" sosial şəbəkəsində paylaşım edib. “Bu gecə Tehran yanmalıdır!”, - nazir qeyd edib.
*** 23:23 İsrail ordusu İran ərazisindən raketlərin buraxıldığını qeydə alıb.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, İsrailin şimal bölgələrinin çoxunda, o cümlədən Hayfa ətrafında hava həyəcanı elan olunub.
Qeyd olunub ki, hava hücumundan müdafiə qüvvələri hava hədəflərinin zərərsizləşdirilməsi üçün fəaliyyətə başlayıb.
İsrail İran raket hücumu
Mənbə: apa.az