Tramp: Netanyahuya zəng edib deyəcəyəm ki, İrana hücum etməsin - YENİLƏNİB

Tramp: Netanyahuya zəng edib deyəcəyəm ki, İrana hücum etməsin - YENİLƏNİB

Tarix: 08 Jun 2026 00:45

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benjamin Netanyahu ilə təcili telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.

Tramp bu barədə İsrailin 12-ci televiziya kanalına açıqlama verib.

“Mən indi Netanyahuya zəng edəcəyəm və ona deyəcəyəm ki, cavab olaraq İrana hücum etməsin”, – deyə ABŞ prezidenti bildirib. ABŞ Prezidenti Vaşinqtonla Tehran arasında mümkün razılaşmanı pozmayacağına ümid etdiyini bildirib. “Biz İranla yekun sazişə çox yaxınıq. Bu, yaxşı saziş olacaq. İstəmirəm ki, hazırda baş verənlər buna mane olsun. Ümid edirəm ki, İsrail cavab verməyəcək. Əgər Bibi (İsrailin Baş naziri Benyamin Netanyahu) cavab versə, son 47 ildə və ya son 3 min ildə baş verənlər yenidən davam edəcək”, – deyə Tramp vurğulayıb.

Donald Tramp Benyamin Netanyahu İran İsrail

Mənbə: apa.az

Xəbər Lenti