Bazar ertəsi, 8 İyun, 2026
Tarix: 08 Jun 2026 00:16
İran hakimiyyəti təhlükəsizlik səbəbləri ilə ölkənin qərb hissəsində hava məkanının növbəti bildirişədək bağlanması barədə qərar qəbul edib.
IRNA agentliyi xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının nümayəndəsi Məcid Əxvan məlumat verib.
Onun sözlərinə görə, təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsindən sonra ölkənin hava məkanının qərb sektoru qeyri-müəyyən müddətə bağlanıb.
Əxvan vətəndaşları zəruri olmadıqca hava limanlarına getməməyə və reyslərlə bağlı məlumatları kütləvi informasiya vasitələrindən izləməyə çağırıb.
İran hava məkanı israil
Mənbə: apa.az