Bazar ertəsi, 8 İyun, 2026
Tarix: 08 Jun 2026 01:15
İranın xarici işlər naziri Abbas Əraqçi Böyük Britaniya, Türkiyə, Fransa və Qətərin xarici işlər nazirləri, eləcə də Pakistan Ordusunun komandanı ilə telefon danışıqları aparıb.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbərinin “Telegram” kanalında məlumat verilib.
Məlumata görə, Əraqçi Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Pakistan Ordusunun feldmarşalı Asim Munir, Fransanın xarici işlər naziri Jan-Noel Barro və Qətərin Baş naziri, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə regional vəziyyəti müzakirə edib.
Tərəflər İranın İsrailin Livanda atəşkəsi dəfələrlə pozmasına cavabı və bölgədəki son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
İran Abbas Əraqçi Livan İsrail Fransa Qətər
Mənbə: apa.az