Bazar ertəsi, 8 İyun, 2026
Tarix: 08 Jun 2026 09:13
İsrailin hər hansı yeni addımı sərt cavablanacaq.
APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatda İsrailin hər hansı yeni addımının İran tərəfindən sərt cavabla qarşılanacağını bildirib.
Bəyanatda qeyd olunub ki, 8 aprel tarixli atəşkəsin dəfələrlə pozulması və İsrailin ABŞ-la birlikdə İran və Livana qarşı davam edən hərbi fəaliyyətləri fonunda İran silahlı qüvvələri bazar ertəsi axşamı BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində bir neçə hərbi hədəfi vurub.
Nazirlik vurğulayıb ki, Livan atəşkəsi 8 aprel razılaşmasının tərkib hissəsidir və ABŞ bu razılaşmanın pozulması və regionda gərginliyin artmasının nəticələrinə görə məsuliyyət daşıyır. Həmçinin bildirilib ki, İsrailin hər hansı yeni addımı İran tərəfindən sərt cavabla qarşılanacaq.
İran İsrail XİNMənbə: apa.az