Filippində güclü zəlzələdə ölənlərin sayı 19-a çatıb, 7 nəfər itkin düşüb - YENİLƏNİB

Filippində güclü zəlzələdə ölənlərin sayı 19-a çatıb, 7 nəfər itkin düşüb - YENİLƏNİB

Tarix: 08 Jun 2026 12:40

Filippinin cənubunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 19-a çatıb.

APA xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsinin nümayəndəsi Juni Kastilyo məlumat verib.

Məlumata görə, 200-dən çox yaralı var, daha hesab olunur.

*** 10:22

Bu gün səhər saatlarında Filippində Mindanao adasının sahillərində güclü yeraltı təkanlar qeydə alınıb.

“Associated Press” Filippin rəsmilərə istinadən xəbər verir ki, güclü zəlzələ nəticəsində ən azı 12 nəfər ölüb, 200–dən çox insan yaralanıb.

Avropa seysmoloqlarının məlumatına görə, maqnitudanın gücü 8,1 olub, daha sonra mütəxəssislər onun 7,8 olduğunu dəqiqləşdiriblər.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu sunami təhlükəsi elan edib.

Filippin zəlzələ

Mənbə: apa.az

Xəbər Lenti