İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib

İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib

Tarix: 08 Jun 2026 12:33

İsrail Hərbi Hava Qüvvələri (HHQ) qısa müddət əvvəl İrandakı Hava Hücumundan Müdafiə sistemlərinə qarşı genişmiqyaslı hava zərbələri dalğasını başa çatdırıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata əsasən, gecə saatlarında başlayan əməliyyat çərçivəsində İsrail HHQ-yə məxsus onlarla qırıcı İrandakı strateji müdafiə sistemlərini vurub.

IDF bildirib ki, “Operation Roaring Lion” əməliyyatı zamanı zəifləyən aşkarlama və müdafiə imkanlarını bərpa etmək məqsədilə son vaxtlar İranın müxtəlif bölgələrində müdafiə sistemləri yerləşdirilib və zərbələr nəticəsində bu sistemlər məhv edilib.

İlqar Xudiyev İsrail İran HHM sistemləri

Mənbə: apa.az

Xəbər Lenti