Mərkəzi Bank: Anti-frod üzrə vahid nəzarət mexanizmləri bu ilin sonunadək bazara təqdim ediləcək

Mərkəzi Bank: Anti-frod üzrə vahid nəzarət mexanizmləri bu ilin sonunadək bazara təqdim ediləcək

Tarix: 10 Jun 2026 11:16

Azərbaycanda milli səviyyədə anti-frod ekosisteminin qurulması çərçivəsində vahid nəzarət və tələblər mexanizmlərinin bu ilin sonunadək bazara kommunikasiya olunması planlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Nağdız Ödənişlərin Təhlili şöbəsinin böyük mütəxəssi, rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə ekspert Elvin Cuvarov "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nın ikinci günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri aparılır və vahid anti-frod tələbləri mərhələli şəkildə formalaşdırılır:

"İlkin mərhələdə banklar və ödəniş təşkilatları üçün tövsiyə xarakterli nəzarət mexanizmlərinin hazırlanması nəzərdə tutulur. Əsas prioritetlərdən biri məhz bu ilin sonunadək həmin mexanizmlərin bazara təqdim olunması və sektor iştirakçılarına rəsmi şəkildə kommunikasiya edilməsidir. Daha sonra isə vahid tələblər sisteminin tam formalaşdırılması planlaşdırılır.

Elvin Cuvarov bildirib ki, bu yanaşma maliyyə sektorunda anti-frod mübarizəsini standartlaşdırmağa, risklərin idarə edilməsini gücləndirməyə və bütün iştirakçılar üçün vahid çərçivə yaratmağa xidmət edəcək:

"Eyni zamanda, sektor üzrə məlumat mübadiləsinin təkmilləşdirilməsi və texnoloji inteqrasiyanın gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd mərkəzləşdirilmiş və real vaxt rejimində işləyən anti-frod ekosisteminin qurulmasıdır."- deyə o qeyd edib.

İlahə Səlimova AMB Elvin Cuvarov rəqəmsal fırıldaqçılıq

Mənbə: apa.az

Xəbər Lenti