Çərşənbə, 10 İyun, 2026
Tarix: 10 Jun 2026 14:58
KTMT Ermənistanın təşkilatdan mümkün xaric edilməsi məsələsi nəzərdən keçirəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Ermənistan artıq Avropa İttifaqına (Aİ) daxil olmaq haqqında qanun qəbul edib, buna görə də Ermənistanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvlük məsələsi təcili olaraq həll olunmalıdır.
Lavrov vurğulayıb ki, Ermənistan NATO ilə əməkdaşlığı fəal şəkildə genişləndirir.
Rusiya XİN rəhbəri qeyd edib ki, KTMT xarici işlər nazirləri Ermənistanın borcu səbəbindən təşkilat üzvünün mümkün xaric edilməsi ilə bağlı maddənin tətbiqini nəzərdən keçirmək barədə razılığa gəlib.
“Düzdür, burada heç kim heç bir referendumdan bəhs etmir, lakin Ermənistan iki ildən çoxdur təşkilatın fəaliyyətində iştirak etməyərək formal olaraq üzv qalır. Məncə, erməni həmkarlarımız tədbirlərə qatılmırlar. Eyni zamanda NATO-ya üzv ölkələrlə əməkdaşlığı fəal şəkildə gücləndirirlər. Hərbi təlimlər keçirilir, hərbi texnika alınır və həm NATO, həm də hazırda hərbiləşdirilmiş bir quruluşa çevrilən Avropa İttifaqı ilə hərbi nümayəndə heyətləri mübadiləsi aparılır.
Yeri gəlmişkən, 7 iyunda, Ermənistanda seçkilər günü həmkarım Arat Samveloviç Mirzoyandan KTMT haqqında soruşulduqda o deyib: “Biz üzvlük haqqı ödəmirik, çünki biz sadəcə iştirak etmirik”. Bu, birbaşa sitatdır, tapa bilərsiniz. Bu vəziyyətdə nə etmək lazımdır? Bu gün bunu müzakirə etdik. Artıq iki ildən çoxdur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsində nəzərdə tutulmuş vəziyyətdə KTMT büdcəsinə borcludur. Bu gün KTMT Nizamnaməsinin müvafiq maddəsinin tətbiqini nəzərdən keçirmək barədə razılığa gəldik", - Rusiya XİN başçısı vurğulayıb.
Qeyd edək ki, KTMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən, təşkilatın şurası Ermənistanın KTMT-də kvota vəzifələrinə üzv namizədliyini irəli sürmək hüququnu dayandıra, Ermənistanı səsvermə hüququndan məhrum edə və ya xaric edə bilər. Qərar Ermənistanın səsi nəzərə alınmadan qəbul edilə bilər.
Fərid Əkbərov Aİ Aİİ Lavrov KTMTMənbə: apa.az