Cümə axşamı, 11 İyun, 2026
Tarix: 11 Jun 2026 15:44
Türkiyə və Pakistan liderləri Ermənistan Baş naziri Nikol Paşinyanı “Vətəndaş Müqaviləsi” Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik ediblər.
Ermənistan mediasının xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması və bu istiqamətdə zəruri əməkdaşlığın təmin edilməsi barədə Ermənistan liderinin strateji baxışının uğurla həyata keçiriləcəyinə tam əminliyini ifadə edib.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Nikol Paşinyana təbrik məktubunda ölkəsinin Azərbaycanla Ermənistan arasında sülhə və konstruktiv əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Pakistan lideri qeyd edib ki, Paşinyanın partiyasının qələbəsi Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafın təşviqinə kömək edəcək.
Ərdoğan Şahbaz Şərif PaşinyanMənbə: apa.az