Əraqçi ABŞ-ın zərbələrinin atəşkəsi təsirsiz etdiyini Kallasın diqqətinə çatdırıb

Əraqçi ABŞ-ın zərbələrinin atəşkəsi təsirsiz etdiyini Kallasın diqqətinə çatdırıb

Tarix: 11 Jun 2026 15:14

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallasla telefon danışığı aparıb. APA-nın Tehran bürosunun xəbərinə görə, Əraqçi Kallasla ABŞ-ın İrandakı bəzi hədəflərə hücumlarından sonra regionda yaranmış son vəziyyəti müzakirə edib. Əraqçi ABŞ-ın son hücumunu kəskin şəkildə pisləyib, bunu BMT Nizamnaməsinin və beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb. O qeyd edib ki, bu addımlar atəşkəsi təsirsiz edir və bunun doğuracağı təhlükəli nəticələrə görə məsuliyyət ABŞ-ın üzərindədir. Əraqçi BMT-yə üzv ölkələrin bu addımlar qarşısında susmasını tənqid edib. O xəbərdarlıq edib ki, beynəlxalq səviyyədə passivlik regional və qlobal təhlükəsizliyin daha da pisləşməsinə səbəb olacaq.

Haşim Rahimi Əraqçi ABŞ-ın zərbələri atəşkəs Kallas

Mənbə: apa.az

Xəbər Lenti