CNN: Pentaqonda elan edilən həyəcan siqnalının yalan olduğu müəyyən edilib - YENİLƏNİB

CNN: Pentaqonda elan edilən həyəcan siqnalının yalan olduğu müəyyən edilib - YENİLƏNİB

Tarix: 11 Jun 2026 20:33

ABŞ Müharibə Nazirliyinin (Pentaqon) binasında daha əvvəl elan edilmiş həyəcan siqnalının yalan olduğu müəyyən edilib.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin sözlərinə görə, Pentaqonun bəzi bölmələrinin bağlanması və binada qismən təxliyənin həyata keçirilməsi yalan həyəcan siqnalı ilə əlaqədar olub.

*** 19:28 Pentaqonda bəzi mərtəbələr və dəhlizlər bağlanıb. CNN-in xəbərinə görə, buna təhlükəli maddələrlə bağlı insidentin baş verməsi səbəb olub. Pentaqon sözçüsü Şan Parnel bildirib ki, əlaqədar sistemlər "əhəmiyyətini müəyyən edənə qədər ehtiyat tədbirləri tələb edən hava keyfiyyəti problemi aşkar edib". “Departament təsirlənən bölgədə sığınacaqdan istifadə də daxil olmaqla, lazımi təhlükəsizlik protokolunu icra edir. İnsidentin araşdırılması və binada olanlara yardım üçün əlaqəli şəxslər çalışır”, - bildirilib.

Toğrul Quluzadə ABŞ Pentaqon insident zərərli maddə

Mənbə: apa.az

Xəbər Lenti